“NATO ilə münasibətləri ölü nöqtədən tərpətməliyik”  –ZAUR ƏKBƏR

  • By admin
  • 19 Yanvar 2017 17:43

nato-1

Rusiyanın xarici işlər naziri Serrey Lavrovun son bəyanatına Azərbaycan cəmiyyətindən etirazlar davam edir. Rusiyanın illərdir ki, ermənistan maraqlarından çıxış etməsi sirr olmasa da amma son bəyanatla bu dəstək açıq şəkildə ifadə olundu.

Gənclərin Atlantik Müqaviləsi Assosiasiyasının rəhbəri Zaur Əkbər Gununsesi.info-ya açıqlamasında yaranmış vəziyyətə dair Azərbaycanın sərgiləməli olduğu mövqeni ifadə edib.

zaur

Onun sözlərinə görə, mövcud durumda həm ölkəmizin təhlikəsizliyi, həm də Rusiya tələsindən çıxmağın bir yolu var ki, bu da NATO ilə əlaqələri və münasibətləri ölü nöqtədən tərpətməkdir: “Belə ki, NATO ilə əməkdaşlıq müstəvisində Azərbaycan hazırda aparmış olduğu Fərdi Tərəfdaşlıq Fəaliyyet Planından (IPAP) İntensiv Dialoq mərhələsinə keçidlə bağlı ortaya iradə qoymalıdır. Necə ki, Gürcüstanın da ərazisi Rusiya tərəfinden işğal olunmasına baxmayaraq, hazırda NATO ilə sıx əməkdaşlıq edir. Hətta, mümkündür ki, Azərbaycan öz ərazisində mümkün şərtlər daxilində anti-terror əməliyyatları adı altında NATO bazasının yerləşdirilməsinə razılıq versin”.

Anar