NATO toplantısında ABŞ siqnalı…

  • By admin
  • 27 Mart 2017 21:44

nato-amerika

 

NATO xarici işlər nazirlərinin iclasının tarixinin dəyişdirilməsinin səbəbi bəlli olub.

Gununsesi.info xəbər verir ki, iclasın vaxtı ABŞ Dövlət katibi Reks Tillersonun iştirak etməsi üçün dəyişdirilib.

Daha öncə ABŞ Dövlət katibi Reks Tillerson 5-6 aprel tarixində NATO toplantısında iştirak etməyəcəyini, Prezident Donald Trampı Çinə səfəri zamanı müşayiət edəcəyini bəyan edib. Bundan sonra isə NATO-dan toplantının 31 mart tarixində Brüsseldə keçiriləcəyi bildirilib.

 

Gununsesi.info