Naxçıvanın DİN rəhbərinin “vurulması” təsdiqləndi - GUNUNSESİ.İNFO-NUN XƏBƏRİ DOĞRULANDI

  • By admin
  • 16 İyul 2017 18:48

vasif ve ehmed ehmedov

Hələ bir neçə gün öncə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Əhməd Əhmədovun Ali Məclis sədri Vasif Talıbovun qəzəbinə tuş gəlməsi barədə  xəbər vermişdik. Qeyd edək ki,  Gununsesi.info-nun bununla bağlı xəbərində Əhməd Əhmədovun məzuniyyətə göndərildiyi, fəaliyyətinin yoxlanıldığı bildirilirdi. O da qeyd edilmişdi ki, Əhməd Əhmədova yaxınlığı ilə seçilən  daxili qoşunların komandanı da tutduğu vəzifədən azad edilərək, milli orduya göndərilib.

Gununsesi.info-nu bilgiləndirən mənbəmiz Əhməd Əhmədovun artıq vəzifəsindən rəsmən azad edildiyini deyib. Onun  səlahiyyətlərini müavini Səbuhi Novruzova verilib. Nazirin səalhiyyətlərini icra edən S.Novruzov Vasif Talıbovun yaxın qohumudur.

Gununsesi.info