Nazənindən Təranə Qumrala növbəti cavab: - "ELƏ ELƏMƏ Kİ, ƏRİMƏ YAZDIĞIN İNTİM MESAJLARI ÜZƏ ÇIXARIM"

  • By admin
  • 15 Dekabr 2017 17:54

Təranə Qumral bu gün ARB telekanalında yayımlanan “Səhər-Səhər” verilişində həmkarı Nazənindən üzr istəməyəcəyini deyib. 

Gununsesi.info xəbər verir ki, T. Qumral «Qanun budursa, mən ikiəlli razıyam. Amma assalar da, kəssələr də, məni həbs etsələr də, ölkədən kənara buraxmasalar da üzr istəməyəcəm» deyə bəyan edib. Yeniçag.az-a açıqlama verən Nazəninin prodüseri Pərviz Fəqan qarşı tərəfin cavabını belə verib:

“Təranə Qumral necə üzr istəməyəcək ki, o indiyə qədər 4500 manat cərimə ödəyib. Ölkədən çıxışına qadağa qoyulub. Burdan ona səslənirəm, elə eləmə ki, Nazənin xanımın ərinə yazdığın intim mesajlarını üzə çıxaraq. Vaxtilə Nazənin xanım efirdə demişdi ki, Təranə Qumralı ərimlə tutmuşam. Bu məhkəmədə sübut da olundu. O qadın özünü biabır edib. İndi nə istəyir?”.

Gununsesi.info