Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

19 Noyabr 2017
18 Noyabr 2017

17 Avqust 2017 - 18:00

Nazim İbrahimov federasiyasının prezidenti seçildi

img-20170817-wa0018

Bu gün Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) növbəti hesabat-seçki konfransı keçirilib.

Gununsesi.info-nun məlumatına görə, yığıncaqda qurumun rəhbərliyinin hesabatı dinlənilib, ötən dövr ərzində görülən işlər, federasiyada baş vermiş idman və ictimai xarakterli hadisələr müzakirə olunub.

Daha sonra gündəliyə uyğun olaraq, AQF-in rəhbər orqanlarına seçkilər keçirilib, İcraiyyə Komitəsinin yeni tərkibi təsdiq edilib.

Hesabat-seçki konfransında iştirak edən üzvlərin səsverməsi əsasında Nazim İbrahimov yekdilliklə yenidən federasiyanın prezidenti seçilib.

Daha sonra hesabat-seçki konfransında vitse-prezident, baş katib və nəzarət-təftiş komissiyasının üzvlərinin adlarına aydınlıq gəlib. Ramin Məmmədov Federasiyanın vitse-prezidenti, Asəf Məlikov baş katibi, İslam Rəhimov, Elxan Əhmədov, Sudeyif Quliyev isə nəzarət-təftiş komissiyasına üzv seçiliblər.

Federasiyanın Prezidenti Nazim İbrahimov çıxış edərək, ötən dövr ərzində Azərbaycanın idmanın inkişafı sahəsində qazandığı yüksək nailiyyətlər barədə danışıb, Azərbaycan prezidenti İlham Əliyevin ölkəmizdə idmana yüksək qayğı və diqqət göstərdiyini vurğulayıb.

Federasiya rəhbəri yeni seçilmiş heyətə AQF-in yeni fəaliyyət planının hazırlanması, növ üzrə milli komandaların yarış və təlim-məşq prosesinin hazırlanması, Beynəlxalq Qılıncoynatma Federasiyası ilə əməkdaşlığın genişləndirilməsi ilə bağlı tapşırıqlarını verib.

Qeyd edək ki, vitse-prezident seçilən Ramin Məmmədov əvvəllər bu qurumun baş katibi vəzifəsində çalışıb. Yeni seçkilərdə isə o, idmanın bu növünün ölkəmizdə populyarlaşmasında böyük rol oynayan Yaşar Məmmədovu əvəzləyib.

Gununsesi.info





loading...