Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

18 Yanvar 2018
17 Yanvar 2018

11 Dekabr 2017 - 11:42

Nazir əlillərin işlə təminatında üzləşdiyi çətinlikləri açıqladı- ONLARIN TƏHSİL VƏ PEŞƏ HAZIRLIĞI SƏVİYYƏSİ AŞAĞIDIR

“Hazırda əlilliyi olan şəxslərin işlə təminatında, işə götürülməsində müəyyən problemlər ortaya çıxır”.

Gununsesi.info xəbər verir ki, bunu əmək və əhalini  sosial müdafiəsi naziri Səlim Müslümov   bildirib.

Onun sözlərinə görə, bu problemlərin müəyyən səbəbləri var: “Əlilliyi olan şəxsləri işəgötürənlər bir sıra səbəbdən işə götürmürlər. Birincisi, onlarda belə bir qənaət formalaşıb ki, əlilliyi olan şəxslərin digərləri ilə müqayisədə məhsuldarlığı aşağıdır. İkincisi və ən vacib məqamlardan biri odur ki, onların işlə təminatı üçün əlavə xərc çəkməyə işəgötürənlərin həvəsi yoxdur. Yəni əlilliyi olan şəxslərin işlə təmin olunması üçün həmin iş yerlərinin əlilliyi olan şəxslərə uyğunlaşdırılması lazımdır. Bunun üçün müəyyən qədər xərc çəkilməlidir. İşəgötürənlər bu xərclərin çəkilməsinə həvəslə getmirlər. Əlilliyi olan şəxslərin təhsil səviyyəsi, peşə hazırlığı səviyyəsi cəmiyyətin digər üzvlərinə nisbətən müəyyən qədər aşağıdır. Belə halda işəgötürənlər əlilliyi olan şəxslərin işə götürülməsində bunları əsas gətirərək müəyyən neqativ elementlərə yol verirlər. Əlilliyi olan şəxslərin iş tapmasında təhsilləri ilə bərabər, onların əlilliyinin növü də rol oynayır. Eyni zamanda onların əlilliyinin hansı yaşda baş verməsi də rol oynayır. Əlilliyi olan şəxslərin işlə təmin olunmasında biz cəmiyyət olaraq müəyyən dəyişikliyə getməliyik”.

Gununsesi.info