Nazir ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək

  • By admin
  • 22 Sentyabr 2017 19:42

elmar-memmedyarov

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək.

Bunu XİN-in mətbuat katibi Hikmət Hacıyev öz açıqlamasında bildirib.

Görüş BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində baş tutacaq.

H. Hacıyevin sözlərinə görə, sentyabrın 23-də isə həmsədrlərin iştirakı ilə E. Məmmədyarovun Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşü nəzərə tutulub.

Gununsesi.info