VİDEO


Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif



Sentyabr 2017
BE ÇA Ç CA C Ş B
« Avq    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

XƏBƏR LENTİ

20 Sentyabr 2017

16 Sentyabr 2017 - 08:00

Nazir qəzada xəsarət aldı

IMG_3368

Çexiyanın xarici işlər naziri Lyubomir Zaoralek avtomobil qəzasına düşüb.

Gununsesi.info RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Çexiya XİN rəsmisi İrena Valentova bildirib.

Məlumata görə, insident ölkənin cənub-şərq bölgəsində qeydə alınıb. Zəncirvari qəza nəticəsində baş nahiyəsindən xəsarət alan nazir helikopterlə Brno şəhər xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra L.Zaoralek ambulator müalicə üçün evə buraxılıb. Onun vəziyyətinin normal olduğu bildirilir.

Qəza nəticəsində ümumilikdə 6 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onların həyatlarına təhlükə olmadığı bildirilir.

Qeyd edək ki, Çexiya Sosial Demokrat partiyasının liderlərindən biri olan 61 yaşlı L.Zaoralek oktyabrın 20-21-də ölkədə keçiriləcək parlament seçkiləri ərəfəsində seçkiqabağı təşviqat kampaniyasında iştirak edir.

Gununsesi.info




loading...
Loading...