Nazirlik dəhşətli qəza haqqında məlumat YAYDI

  • By admin
  • 17 Mart 2018 12:08
Daxili İşlər Nazirliyi (DİN) Ağsu və Hacıqabul rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisələri ilə bağlı məlumat yayıb.
DİN-in mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, martın 16-da Ağsu rayonunun İlxıçı kəndi ərazisində şəhər sakini Teymurşah İsmiyevin idarə etdiyi “VAZ-2106” markalı və digər “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə T.İsmiyev və sərnişini – arvadı Mehparə, habelə “VAZ-2107” markalı avtomobildə olan Siyəzən rayon sakinləri Nazim Hüseynov, Mehdi Xankişizadə, Orxan Bədəlov və Pərvin Bayramov hadisə yerində ölüb, Bakı şəhər sakini Səbuhi Quliyev isə xəstəxanaya yerləşdirilib.
Həmin gün Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində Tərtər rayon sakini Bəhruz Hümbətov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən Bakı şəhər sakini Şahin Sevdimalıyevin idarə etdiyi “Bomog” markalı traktora vurub. Nəticədə B.Hümbətovun sərnişinlərindən – arvadı Şəlalə və qohumu Kamilə İsmayılova hadisə yerində ölüb, digər sərnişinləri, azyaşlı uşaqları Səbuhi, Rəşad və Umud xəstəxanaya yerləşdiriliblər.
Hər iki faktla bağlı araşdırma aparılır.
Gununsesi.info