XƏBƏR LENTİ

20 Fevral 2018

17 Yanvar 2018 - 14:56

Nazirlik pərdə, jalüz və plyonkadan istifadəyə olanQADAĞANIN LƏĞVİNİ TƏKLİF EDİR

Türkiyədə avtomobillərdə pərdə, jalüz və plyonkadan istifadəyə olan qadağanın ləğvi üçün danışıqlar aparılır.

Gununsesi.info-nun trend-ə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin elm, sənaye və texnologiya naziri Faruk Özlü deyib.

F.Özlü qeyd edib ki, bir nazir olaraq bu qadağanın ləğvinin tərəfdarıdır: “Hazırda bu məsələ ilə bağlı rəhbərlik etdiyim qurum və Nəqliyyat, Gəmiçilik və Rabitə Nazirliyi arasında danışıqlar aparılır”.

Qeyd edək ki, Türkiyədə avtomobillərdə pərdə, jalüz və plyonkadan istifadəyə qadağa 1997-ci ildən tətbiq edilir. Avtomobillərdə pərdə və jalüzlərin istifadəsinə görə sürücülər 206 lirədən 427 lirəyə qədər cərimələnirlər.

Gununsesi.info