Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

19 Noyabr 2017
18 Noyabr 2017

17 Avqust 2017 - 16:54

Nazirlik və Baytarlıq Xidməti gücləndirilmiş iş rejimində çalışacaq

qoyun

Qurban bayaramı ilə əlaqədar olaraq Kənd Təsərrüfatı Naziriliyinin müvafiq qurumları gücləndirilimiş iş rejimində çalışacaq.

Bunu Gununsesi.info-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib.

Onun sözlərinə görə, Qurban bayramı ilə əlaqədar olaraq nazirlikdə tədbrilər planı hazırlanıb və yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

M.Hacıyev deyib ki, Qurban bayramı günlərində Dövlət Baytarlıq Nəzarati Xidmətinin baytar həkimləri gücləndirilmiş iş şəraitində işləyəcək və onlar bütün kəsim məntəqlərinə nəzarət edəcək.

M.Hacıyev əlavə edib ki, nazirlik bunadan əlavə olaraq qurbanlıqların satılması, kəsimləməsi ilə bağlı əvvəlki illərdə olduğu kimi bu il də xüsusi yerlər ayıracaq. “Bakı və Abşeronun müxtəlif yerlərində xüsusi yerlər ayrılacaq ki, insanlar rahat o yerlərdən qurbanlıqlar alıb kəssinlər. Orada həm sanitar qaydalara riayət olunacaq, həm də baytar həkimləri heyvanların sağlamlığına nəzarət edəcəklər”- deyə, M.Hacıyev bildirib.

Qurban bayramı ilə əlaqədar Dövlət Baytarlıq Nəzarəti Xidməti də (DBNX)  gücləndirilmiş iş rejimdə fəaliyyət göstərəcək. Bununla əlaqədar olaraq Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən (DBNX) xüsusi bir sənədin imzalanacağı da gözlənilir. Bu barədə Gununsesi.info-ya DBNX-dən verilən məlumata görə, sənəddə Qurban bayramı ilə əlaqədar olaraq rayon və şəhərə satış üçün gətirilən iribuynuzlu və xırdabuynuzlu heyvanların sağlamlıqları barədə baytarlıq şəhadətnaməsinin olmasının müəyyənləşdirməsi, bunun nəticəsindən asılı olaraq müvafiq tədbir görülməsi, qurbanlıq heyvanların qəbulunda, saxlanmasında və kəsilməsində baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması əksini tapacaq. Bununla belə, sənəddə heyvanların kütləvi halda satışı və kəsimi üçün xüsusi ayrılmış yerlərdə heyvanların sağlamlığının müəyyən olunması, həmçinin baş verə biləcək təhlükəli xəstəliklərin qarşısını almaq, ətin və ət məhsullarının qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq-sanitariya ekspertizasının aparılmasına dövlət baytarlıq əməkdaşlarına nəzarətin gücləndirilməsi ilə bağlı göstərişlər əksini tapacaq.

Bu məqsədlə heyvan satışı və kəsimi yerlərinə baytarlıq mütəxəssisləri təhkim olunacaq və reydlər keçiriləcək.

Mürtəza

Gununsesi.info





loading...