VİDEO


Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif



Avqust 2017
BE ÇA Ç CA C Ş B
« İyl    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

XƏBƏR LENTİ

18 Avqust 2017
17 Avqust 2017

09 Yanvar 2017 - 20:50

Nazirliyin şöbə rəisi dindirildi- Həbsdəki gəlininə görə

1

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Leyla Əkbərovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə L.Əkbərovanın qayınanası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xətai rayon İdarəsində şöbə rəisi işləyən Nigar Əkbərova ifadə verib.

O zərərçəkən Dəyanət Məmmədovun saxta yolla Naxçıvan Dövlət Universitetində ikinci təhsil alması üçün tələbə kimi düzəldilməsindən məlumatı olmadığını deyib: “Mən həmin vaxt Almaniyada olmuşam, telefonlarım da sönülü olub. Heç kimlə telefonla danışmamışam”.

Zərərçəkən Anarə Məmmədovanın vəkili Vasif İsrafilov mobil operatordan sorğu verərək alınan məktubu məhkəməyə təqdim edib.

Məktubda qeyd olunub ki, N.Əkbərova Almaniyada olarkən oğlu Mahir Əkbərovla bir neçə dəfə telefonla danışıb.

N.Əkbərova belə bir halın ola biləcəyini, amma unutduğunu deyib: “Ola bilər universitetə qəbulla bağlı da nəsə soruşub, maraqlanıblar. Amma sənəd düzəldilməsində heç bir iştirakım olmayıb”.

N.Əkbərova hakimin sualına cavab olaraq bildirib ki, işlədiyi dövlət qurumunda pensiyaların düzəldilməsi üçün heç bir saxta sənəd hazırlamayıb.

Məhkəmə prosesi yanvarın 18-də davam etdiriləcək.

Qeyd edək ki, M.Əkbərov Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin rəisi olub. Bu hadisədən sonra polis sistemindən uzaqlaşdırılıb. Hazırda onunla bağlı saxta sənəd hazırlama və dələduzluq maddələri ilə cinayət işi ayrıca icraata verilib.

Gununsesi.info 

 




loading...
Loading...