VİDEO



Maraqlı

Müsahibə

Gündəm

Reportaj



May 2017
BE ÇA Ç CA C Ş B
« Apr    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

22 May 2017

30 Dekabr 2016 - 12:15

“Neçə belə illərə” deyə bilmədik

perviz

 

Azərbaycanın müstəqillik tarixində ən ağır bir ili geridə qoyuruq. Uzun illərdir ki, xalqımızın dilində şablon ifadəyə çevrilən “neçə belə illərə” deyə bir-birini təbrik edən insanlar artıq bu ifadəni işlətməkdən belə çəkinir. Heç kəs qarşısındakına “neçə belə illərə” deyə bilmir.

Baxmayaraq, hökumət rəsmilərimiz indiki durumu 90-cı illərlə müqayisə edir. Bu qüsurlu müqayisəni aparanlar isə 2-3 yaşlı uşaqla 25 yaşındakı bir gənci (-Həmin dövrdə Azərbaycanın 2-3 yaşı vardı-müəllif) müqayisə edirlər.

Çünki, 2016-cı il Azərbaycan vətəndaşına problemlər, mərhumiyyətlər gətirdi. Mülklərini banklara kredit müqabilində girov qoyan yüzlərlə ailə evsiz qaldı. 2 milyondan artıq Azərbaycan vətəndaşı bu gün də kredit bataqlığında inildəyir. Çarəsi tükənənlər isə intihara əl atdı. Kimiləri isə aparmağa bir şeyi olmasa da sadəcə başını götürüb qaçdı.

Bir neçə il əvvəl neft milyardlarının “fontan vurduğu” Azərbaycan insanı indi iqtisadi böhranın yaratdığı sosial çətinliklər qarşısında sınıb. Ölkəmizə gələn neft milyardları nazirlərimizin balalarının qurduğu holdinqlərin büdcəsini doldurdu. Bu pullardan nə Azərbaycan təqaüdçücü, nə müəllimi, nə də həkimi yararlana bildi.  Bir sözlə neft ölkəsinin xoşbəxt vətəndaşı ola bilmədik.

2016-cı ildə Azərbaycan insan haqları və demokratiya məsələlərində də böhran yaşadı. Dünyanın ən nüfuzlu qurumları- istər dövlətlərarası təşkilatlar olsun, istərsə də beynəlxalq hüquq müdafiə təşkilatları olsun hamısı Azərbaycanı “qara siyahı”ya daxil etdi. Məhkəmə-hüquq sistemimiz artıq özünün fəlakətli dövrünü yaşayır. Bu gün Azərbaycanda hüquqi nihilzmin yaşadığını kimsə təkzib edə bilməz. Hüquq-mühafizə orqanlarında cinayətkar qruplaşmalar Azərbaycan dövlətinin çətiri altına girib, aglasığmaz cinayətlər törətməklə məşğuldur.

Ölkəmizi azad, firavan görmələri üçün özlərinin əsas hüquq və azadlıqlarından istifadə etdiklərinə görə həbsxanalara atılan istedadlı insanlarımızın cari ildə də azadlığına nail ola bilmədik.

Ölkəmizdə fərqli fikir qadağan olundu. Milli keçmişimizi hər zaman yeni nəslə çatdıran, Azərbaycan qurucularını doğum günlərində, anım günlərində xalqa xatırladan “ANS” adlı telekanal da artıq yoxdur.

Hansı ki, Azərbaycanın istiqlaliyyəti uğrunda meydanlara toplaşan xalqımız arzular ölkəsi qurmaq ümidiylə bu yola çıxmışdı. Amma arzular ölkəsi ola bilmədik.

P.S. Hökumət rəsmilərinin açıqlamarı 2017-ci ilin daha pis olacağını deməyə əsas verir.

Pərviz Həşimli




loading...
Loading...