Neft quyularında kəşfiyyat işləri neçəyə başa gəlir?

  • By admin
  • 23 Fevral 2018 12:56

 

Ötən il neft-qaz ehtiyatlarının kəşfiyyat işlərinə  26.4 milyon manat xərclənib.

Gununsesi.info bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.  Geoloji-kəşfiyyat işlərinə ayrılan vəsaitin 81.7 faizi neft-qaz sektoruna yönəldilib.

Ümumi ölkə üzrə yerinə yetirilmiş geoloji-kəşfiyyat işlərinə 32,3 milyon manat sərf olunub. Bu da ondan əvvəli illə müqayisədə ə 6,5 faiz çoxdur.

2016-cı illə müqayisədə ötən il radioaktiv metalların kəşfiyyatına 51,9 faiz, regional geoloji-geofiziki işlərə 25,0 faiz, hidrogeoloji işlərə  19,4 faiz, əlvan metalların kəşfiyyatına 8,3 faiz, elmi-tədqiqat işlərinə 8,0 faiz çox, nəcib metalların kəşfiyyatına 23,8 faiz, qara metalların kəşfiyyatına 14,3 faiz az vəsait sərf edilib.

Vüsalə

Gununsesi.info