Neft və Qaz İnstitutuna direktor müavini və elmi katibi təyin olundu

  • By admin
  • 19 Yanvar 2017 16:09

AMEA

Azərbaycan Milli Elmlər Akademiyasında yeni kadr təyinatları həyata keçirilib.

AMEA-dan Gununsesi.info-ya verilən xəbərə görə, Neft və Qaz İnstitutuna direktor müavini və elmi katibi təyin olunub.

Rəyasət Heyətinin qərarları ilə geologiya-mineralogiya üzrə elmlər doktoru Vaqif Qurbanov elmi işlər üzrə direktor müavini, yer elmləri üzrə fəlsəfə doktoru Şəlalə Hüseynova isə elmi katibi vəzifələrinə seçiliblər.

Gununsesi.info