“Neftçi”ni “Kəpəz”lə oyuna kim hazırlaşdıracaq?

  • By admin
  • 22 Avqust 2017 00:01

neftccciii

Paytaxt təmsilçisi “Neftçi” Topaz Premyer Liqasının III turu çərçivəsində “Kəpəz” klubu ilə keçirəcəyi oyunun hazırlıqlarına avqustun 22-də start verəcək.

“Neftçi” Peşəkar Futbol Klubundan Gununsesi.info-ya bildirilib ki, komandanı oyuna əvəzedici heyətin baş məşqçisi Elşad Əhmədov və əsas komandanın məşqçilər heyəti hazırlaşdıracaq.

“Neftçi” – “Kəpəz” matçı avqustun 25-də “Bakcell Arena”da keçiriləcək.

Gununsesi.info