Neftin qiymətinin 45 dollardan götürülməsində məqsəd riskləri qabaqlamaqdır - OQTAY ƏSƏDOV

  • By admin
  • 22 Noyabr 2017 16:50

“Neftin bir barelinin qiymətini dövlət büdcəsində 45 dollar müəyyən etməklə biz riskləri qabaqlamış oluruq”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin spikeri Oqtay Əsədov 2018-ci il dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

Spiker bildirib ki, əgər neftin qiyməti 60 dollar səviyyəsində qalarsa, gələn ilin mayında neftin dövlət büdcəsindəki qiymətinə dəyişiklik edilə bilər: “Lazım olacaqsa, gələn ilin may ayında büdcədə dəyişiklik edib, neftin qiymətinə yenidən baxa bilərik. Neftin qiymətinin hazırda 45 dollardan götürülməsində məqsəd riskləri qabaqlamaqdır. Hazırda neftin qiyməti bu göstəricidən yuxarıdır. Belə olacağı təqdirdə, biz gələn il büdcəyə may ayında yenidən baxa bilərik. Təki neftin qiyməti düşməsin”.

Spiker əlavə edib ki, Azərbaycan müharibə şəraitində olan bir ölkədir və ona görə də bütün riskləri qabaqlamalıdır.

Qeyd edək ki, 2018-ci il dövlət büdcəsində neftin bir barelinin qiyməti 45 dollar dəyərində nəzərə alınıb.

Mürtəza

Gununsesi.info