Niderland səfirliyinin müşaviri Türkiyə XİN-ə çağırılıb

  • By admin
  • 23 Fevral 2018 20:28

Niderland səfirliyinin müşaviri Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Gununsesi.info xəbər verir ki, müşavirə Niderland parlamentinin 1915-ci il qondarma “erməni soyqırımı”nın tanınması barədə qərarı ilə əlaqədar etiraz bildirilib.

Türkiyə XİN Niderland parlamentinin qərarını kəskin pisləyib.

Gununsesi.info