Nigeriyada 200-dən çox silahlı nəzarətə götürülüb

  • By admin
  • 16 Dekabr 2017 20:55

Nigeriyada radikalların nəzarətində olan rayonların təmizlənməsi əməliyyatları zamanı 220 “Boko haram” terror qruplaşmasının üzvü saxlanılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə respublika ordusunun rəsmi nümayəndəsi Oniyema Nvaçukvu bildirib.

Onun sözlərinə görə, əməliyyatlar zamanı 67 qadın və 173 uşaq xilas edilib.

Gununsesi.info