Nişanlısının əkiz bacısını zorladı "TANIMADIM, ELƏ BİLDİM SEVGİLİMDİR"

  • By admin
  • 19 Sentyabr 2017 10:28

zorlama12

Avstraliyanın Melburn şəhərində 24 yaşlı K.Coysun məşhkəmə prosesi başa çatıb. O, 4 il müddətinə azadlıqdan məhrum edilib.

Gununsesi.info milli.az-a istinadən bildirir ki, K.Coys nişanlısının əkiz bacısına təcavüz etməkdə suçlanır.

İstintaq materiallarına görə, avqustun 21-də, gecə saat 1 radələrində sərxoş vəziyyətdə evə gələn K.Coys mətbəxə keçib. Mətbəxdə Melinda Asseni görən K.Coys onu qucaqlayıb və zorla cinsi əlaqəyə vadar edib.

Melinda Assen cinayətkarın nişanlısı, 22 yaşlı Merilin Assenin əkiz bacısıdır.

K.Coysun dediyinə görə, işdən sonra dostları ilə restorana gedib və orada içib.

“Evə gələndə Merilin çağırdım, cavab vermədi. Mətbəxə keçdim. Merilin çarpayıda uzanmışdı. Sonrasını bilirsiniz. Bağışlayın, Melindanı tanımadım, elə bildim sevgilimdir, Merilindir. Sən demə, Merilin yataq otağında imiş”, – K.Coys deyib.

Gununsesi.info