Norveç kralı xəstəxanaya yerləşdirilib

  • By admin
  • 20 Noyabr 2017 09:18

Norveçin 80 yaşlı kralı V Harald aşkar olunan infeksiyası ilə əlaqədar xəstəxanaya yerləşdirilib.

Gununsesi.info xəbər verir ki, bu haqda kral sarayının mətbuat xidməti bildirib.

Məlumata görə, kralın vəziyyəti yaxşılaşmağa doğru gedir, lakin o, bazar ertəsi nəzərdə tutulan tədbirlərdə iştirak edə bilməyəcək.

Qeyd edək ki, 2003-ci ildə V Haralda xərçəng diaqnozu qoyulub.

Gununsesi.info