Növbədənkənar prezident seçkiləri ilə bağlı vətəndaşları çaşdırırlar - SİYAVUŞ NOVRUZOV

  • By admin
  • 15 Dekabr 2017 16:35

Bəzi insanlar növbədənkənar prezident seçkilərinin keçirilməsi məsələsində vətəndaşları çaşdırırlar.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentdə Seçki Məcəlləsinə dəyişikliklərin müzakirəsi zaman deyib.

S.Novruzov qeyd edib ki, Seçki Məcəlləsinin 179-cu (Növbədənkənar prezident seçkilərinin keçirilməsi) maddəsinə edilən dəyişiklik bəzi media orqanları tərəfindən yanlış təqdim edilib.

Onun sözlərinə görə, növbədənkənar seçkilərin keçirilmə müddəti Azərbaycan Konstitusiyası ilə tənzimlənir: “Bunun üçün 60 gün müəyyən edilib. Bu müddət ərzində seçki keçirilməlidir. Məcəlləyə edilən dəyişiklik texniki xarakterlidir. Mətbuat orqanları bunu yanlış yazır”.

S.Novruzovun sözlərinə görə, ANS telekanalının keçmiş jurnalisti Sevinc Osmanqızı ABŞ-da şayiə yayıb ki, guya Azərbaycanda mart ayında növbədənkənar prezident seçkiləri keçiriləcək: “Bu sırf təxribatdır. O, təxribatla məşğul olur”.

Gununsesi.info