Növbəti depozit hərracı keçiriləcək

  • By admin
  • 21 Yanvar 2017 10:39

merkezi bank

Yanvarın 24-də Azərbaycan Respublikasının Mərkəzi Bankı vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçirəcək.

Gununsesi.info Mərkəzi Banka istinadla xəbər verir ki, dolayı hərracda 50 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. “Bloomberg” ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 12,01-14,99 faiz təşkil edir.

Gununsesi.info