Novruz Məmmədov “Qarabağ”ın oyununu şərh etdi - "İDMANDA DA AZƏRBAYCANI SIXIŞDIRIRLAR"

  • By admin
  • 19 Oktyabr 2017 11:40

thumbmaker

 

 “Siyasətdə baş verənlər idmanda da təkrar olunur”.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov dünən UEFA Çempionlar Liqası qrup mərhələsi çərçivəsində “Qarabağ” – “Atletiko Madrid” klubları arasında keçirilən oyununda fransız hakimin qərarını şərh edərkən bildirib.

“Heç bu dərəcədə təsəvvür etməzdim. İdmanda da Azərbaycan komandasını – Qarabağ klubunu sıxışdırdılar, bir neçə dəfə açıq-aydın cəzalandırdılar. Rəqib komandaya isə penalti və digər pozuntulara göz yumuldu”, – deyə Prezidentin köməkçisi əlavə edib.

Qeyd edək ki, dünən keçirilən görüşdə fransız hakim Rudi Buke 75-ci dəqiqədə “Qarabağ” futbolçusu Dino Ndlovuya qarşı “Atletiko”nun cərimə meydançasında edilən kobudluğa göz yumaraq, penalti vermək əvəzinə Ağdamı təmsilçisinin üzvünə ikinci sarı vərəqə göstərib və oyundan çıxarıb.

Gununsesi.info