Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

14 Dekabr 2017

13 Oktyabr 2017 - 12:34

Nümayəndəlik xidməti lisenziyalaşdırılmalıdır- VƏKİL ƏZİZ QƏNBƏROV

eziz

Nümayəndəlik xidməti lisenziyalaşdırılmalıdır.

Bu sözləri Gununsesi.info-ya açıqlamasında məhkəmələrdə “Nümayəndəlik” institutunun ləğv edilməsinə münasibət bildirən Vəkillər Kollegiyasının üzvü Vəkil Əziz Qənbərov deyib.

Vəkilin sözlərinə görə, nümayəndəliyin peşəkarlara həvalə olunması mütərəqqi bir addımdır: “Ancaq bu dəyişikliyə hazır olmalıyıq. Bunun üçün Kollegiyanın üzvlərinin sayını ən azı 10 dəfə artırmaq lazımdır. Təbii ki, bu qısa müddət ərzində mümkün olmayacaq. Ona görə ilk öncə “Nümayəndəlik” institutunu tamamilə deyil, mərhələli şəkildə ləğv etmək lazımdır. Mənim təklifim ondan ibarətdir ki, ilk öncə hüquqşünas ixtisası olmayan şəxslərin məhkəmədə kimisə təmsil etməsinə yol verilməməlidir. Bu gün nəinki hüquqşünaslar, hətta mən insan tanıyıram ki, orta məktəbi zorla qurtarıb nümayəndəlik edir. Bu ona bənzəyir ki, tibb təhsili olmayan şəxs həkim işləyir və bizlər də buna göz yumuruq”.

Əziz Qənbərov hesab edir ki, tibb xidmətində olduğu kimi, hüquq xidməti də ya Vəkillər Kollegiyasının üzvü və yaxud da xüsusi razılıq (lisenziya) almış hüquqşünaslar tərəfindən göstərilməlidir: “Bu xüsusi razılığın (lisenziya) verilməsini hazırda ən mütərəqqi və şəffaf qurum olan “ASAN” Xidmət Mərkəzlərinə həvalə etmək olar. Burada da lisenziya yalnız hüquq təhsili olan şəxslərə verilməlidir. Belə olarsa nümayəndələrin vergidən və digər icbari ödənişlərdən yayınma halı da azalacaq. Bir vəkil orta hesabla 5 il ərzində Vəkillər Kollegiyasına 2500 manatadək üzvlük haqqı ödəyir. Həmin üzvlük haqqı məbləğində 5 illik lisenziya üçün dövlət rüsumu tətbiq etmək olar. Bundan başqa, gəlir vergisi və sosial sığortanı da əlavə etsək, hər 1000 manat qonorar almış vəkil 360 manat ay ərzində dövlət büdcəsinə vəsait ödəməli olur. Bu da 5 il ərzində bir vəkilin orta hesabla dövlət büdcəsinə 15-20 min manat vəsait ödəməsi deməkdir. Ancaq hazırda nümayəndələr bunun 10-15 faizini ödəyə, ya da ödəməyə, bu da onların öz insafına qalır”.

Gununsesi.info





loading...