Nursultan Nazarbayev ABŞ-a rəsmi səfər edib

  • By admin
  • 16 Yanvar 2018 17:08

Qazaxıstan prezidenti Nursultan Nazarbayev ABŞ-a rəsmi səfər edib.

Gununsesi.info “kazinform”a istinadən xəbər verir ki, Vaşinqtonda rəsmi səfərdə olan Nursultan Nazarbayev ABŞ prezidenti Donlad Tramp, digər rəsmi nümayəndələr və işgüzar dairələrin nümayəndələri ilə görüşəcək.

Yanvarın 18-dək davam edəcək səfər çərçivəsində BMT Təhlükəsizlik Şurasında Nazarbayevin sədrliyi ilə qurumun yüksək səviyyəli üzvlərinin iştirak etdiyi “Yayılmamış kütləvi qırğın silahlarının məhv edilməsi: etimad tədbirləri” mövzusunda tematik debatlar təşkil olunacaq.

Nazarbayevin Vaşinqtona səfərini şərh edən Qazaxıstan xarici işlər naziri Talqat Jumaqulov bildirib ki, Nazarbayevlə Tramp Qazaxıstan- Amerika əməkdaşlığının yaxın illər üçün əsas prioritetlərini müəyyən edəcəklər: “Bu Nazarbayevin Trampın prezidentliyi dövründə ABŞ-a ilk səfəridir. Qazaxıstan hesab edir ki, bu səfər ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi və uzunmüddətli əlaqələrin inkişaf etdirilməsinin yeni müstəviyə çıxarılması baxımından önəmlidir”.

Gununsesi.info