Nüvə silahı olanlar ondan imtina etməyəcək - ABŞ-IN BMT-DƏKİ DAİMİ NÜMAYƏNDƏSİ BELƏ DEYİB

  • By admin
  • 28 Mart 2017 00:16

Nikki Heyli

Hazırda nüvə silahından imtina etmək mümkün deyil.

Gununsesi.info “Komsomolskaya Pravda”ya istinadən xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli nüvə silahının tam qadağası üzrə Konvensiyanın hazırlanmasına dair konfransda bəyan edib.

O qeyd edib ki, hazırda belə bir imkan yoxdur: “Həm də Şimali Koreyanın hərəkətləri bizi buna razı sala bilməz”.

“Biz burda hamımız ümid edirik ki, günün birində çıxıb deyəcəyik ki, artıq nüvə silahına ehtiyac duymuram. Lakin əfsuslar olsun ki, bu gün içində bulunduğumuz vəziyyətdə bizim belə bir imkanımız yoxdur” deyən Nikki Heyli hesab edir ki, Şimali Koreya da daxil olmaqla 40 ölkə nüvə silahından imtinaya razılıq verməyəcək.

Gununsesi.info