Oğlunun yataq otağına girən ana qışqırdı - VİDEO

  • By admin
  • 21 Avqust 2017 12:25

eru54787363464

Oğlumun yataq otağına girdim ki, uşağı oyadım. Qəflətən çarpayının altından fısıltı səsi gəldi. Əyilib baxanda orada böyük ilan gördüm. Qışqırdım, oğlumu da götürüb çölə qaçdım. 

Gununsesi.info milli.az-a istinadən bildirir ki, olay Taylandın Çaçhanso şəhərində yaşanıb. 42 yaşlı Fanamum Leken kiçik oğlu, 13 yaşlı Nonqun yatan otağında, çarpayının altında qıvrılmış kələzi görəndə qaçaraq həyətə çıxıb, oradan polisə zəng vurub.

Lekenin evinə az sonra polislər və ilantutanlar gəliblər.

Onlar 3,2 metr uzunluğundakı kələzi tutaraq evdən çıxarıblar. İlanı Nattapon Bunmey tutub.

Lekenin dediyinə görə, ilan oğlunun pişiyini udubmuş.

Gununsesi.info