Oğul anası ilə əlbir olub atasını baltaladı - AĞSUDA DƏHŞƏTLİ CİNAYƏT

  • By admin
  • 24 Avqust 2017 09:35
baltaladi
Ağsu rayonunda qətl törədilib.
Gununsesi.info APA-ya istinadən bildirir ki, rayonun Gəgəli kəndində 1970-ci ilk təvəllüdlü Şamıyev Şamxal İkram oğlu ailə münaqişəsi zəminində öldürülüb. Bildirilir ki, onu arvadı, 1976-cı il təvəllüdlü Şamıyeva Xalidə İkram qızı və oğlu, 2000-ci il təvəllüdlü Zeynal Şamıyev birlikdə qətlə yetirib. Ana və oğlu əvvəlcə onun əl-qolunu bağlayıblar, sonra balta ilə bədəninin müxtəlif yerlərinə vurublar. Nəticədə kişi aldığı xəsarətdən ölüb. Hadisə törədən ana və oğlu polisə könüllü təslim olublar.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.

Gununsesi.info