Oğurluğa görə həbs olunan futbolçumuz sərbəst buraxıldı

  • By admin
  • 19 Sentyabr 2017 16:10

582668

İki gün əvvəl Sumqayıt şəhərində kabel oğurluğuna görə polis tərəfindən saxlanılan dəstə üzləri arasında olan peşəkar futbolçu Nicat Muxtarov sərbəst buraxılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli özünün Facebook səhifəsində məlumat verib. O bildirib ki, futbolçu polis idarəsindən buraxılıb.

Sumqayıt şəhər Polis İdarəsindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, Nicat Muxtarov “Sumqayıt” futbol klubunun üzvüdür.

Gununsesi.info