VİDEO


Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif



Oktyabr 2017
BE ÇA Ç CA C Ş B
« Sen    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

XƏBƏR LENTİ

23 Oktyabr 2017

12 Avqust 2017 - 16:45

Ölən aktrisa üçün kömək istədi:“…yoxsa, kimsəsizlər qəbirstanlığında basdırılacaq”

11b46bb621ac3a87ae07f0f1732f871b
“Əminənin Türkiyədə basdırılmasına imkan verməyin. Xahiş edirəm, pul toplayın ki, Əminənin meyitini Bakıya gətirə bilək. Meyitin gətirilməsi üçün çox pul istəyirlər. 1 manat da olsa, kömək edin”. Bu sözləri musavat.com saytına açıqlamasında aktrisa Sevinc Şirinova həmkarı Mila Əminənini ölümündən danışarkən deyib.

O, bildirib ki, aktrisanın Türkiyədə dəfn olunmasının səbəbi imkansızlıqdır: “Dünəndən gözümün yaşı qurumur. İnana bilmirəm ki, Əminəni itirdik. Anası havalanıb, qızının ölümünü qəbul edə bilmir. Bu gün aparatdan ayrılmalıdır, amma anası imkan vermir. Deyir ki, balam ölməyib. Türkiyədə həmin aparat çox bahadır, məcburən bu gün ayıracaqlar. Pul olmadığı üçün Türkiyədə kimsəsizlər qəbirstanlığında basdırılacaq. Təklif etdilər ki, orqanları bağışlansın, anası razı olmadı. Biz o ailə ilə çox yaxınıq, rəfiqəm üçün ürəyim yanır. Hamı şəklini paylaşıb, “Allah rəhmət etsin” yazıb. Allah hamınızdan razı olsun. Sizlərdən xahiş edirəm, pul toplayın ki, Əminənin meyitini Bakıya gətirə bilək. Meyitin gətirilməsi üçün çox pul istəyirlər. 1 manat da olsa, kömək edin. Mən varlı deyiləm, o pulu ödəyə bilmərəm. Amma pul toplayıb, onun meyitini Bakıya gətirə bilərik. Biz isə bunu istəmirik. Imkanlı şəxslərdən xahiş edirəm ki, kömək etsinlər. 0552275929 mənim nömrəmdir. Kömək etmək istəyənlər mənə zəng etsinlər”.

Qeyd edək ki, Mila Əminə meningit xəstəliyinə düçar olub. Vəziyyəti ağırlaşan aktrisa komaya düşüb.

Xatırladaq ki, Əminə son olaraq “3 badam, 1 qoz” filmində rol almışdı.

Gununsesi.info




loading...
Loading...