Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

18 Yanvar 2018
17 Yanvar 2018

17 İyul 2017 - 10:44

“Ölkədə rüşvət vermə cinayətləri rüşvət alma cinayətlərindən çoxdur”- KORRUPSİYAYA QARŞI MÜBARİZƏ BAŞ İDARƏSİNİN RƏİSİ

kamran eliyev

“Ölkədə rüşvət vermə cinayətləri rüşvət alma cinayətlərindən çoxdur”. 

Gununsesi.info-nun məlumatına görə, bunu baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

K.Əliyev qeyd edib ki, hesabat dövründə korrupsiyaya qarşı mübarizə sahəsində Baş İdarə əməkdaşları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib.

Araşdırılması üçün aidiyyəti üzrə müvafiq qurumlara göndərilmiş müraciətlərlə bağlı aparılmış xidməti yoxlamalar nəticəsində isə vəzifəli şəxslərin hərəkətlərində aşkarlanan  cinayət xarakterli olmayan hüquqpozmalar üzrə 12 vəzifəli şəxs xəbərdarlıq, 5 vəzifəli şəxs töhmət alıb, 2 vəzifəli şəxs şiddətli töhmət növündə intizam məsuliyyətinə cəlb edilib: “On nəfər isə vəzifəsindən azad edilib. Araşdırmalar nəticəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə bir daha təkrar törədilməməsi üçün müxtəlif dövlət qurumları və vəzifəli şəxslərə 1 təqdimat göndərilib”.

Gununsesi.info