“Ölkədə həddən artıq Qarabağ müharibəsi əlili var” - YAQUB MAHMUDOV

  • By admin
  • 15 Noyabr 2017 12:54

Milli Məclisdə ölkədə qeyri-qanuni əlillik status daşıyanlar və bəzi əlillərin sosial müavinət baxımından incidilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət olunub.

Gununsesi.info xəbər verir ki, Milli Məclisin Sosial siyasət komitəsinin bugünkü iclasında çıxış edən millət vəkili Yaqub Mahmudov bildirib ki, ölkədə həddən artıq Qarabağ müharibəsi əlili və digər qruplardan olan əlil statusu daşıyan şəxslər var.

Deputat iddia edib ki, bir çox şəxsə bu status qeyri-qanuni verilib və bunun qarşısı alınmalıdır: “Belə çıxır ki, ölkənin yarısı ya əlildir və ya da Qarabağ müharibəsində yaralanıb. Nazir Səlim Müslümova müraciət edirəm ki, bunun qarşısı alınsın. Bu, həm büdcə məsrəfidir, həm də həqiqi əlillərimizlə müqayisədə düzgün münasibət deyil”.

Həmçinin Y Mahmudov qeyd edib ki, bəzi həqiqi əlillərin sosial dəstək baxımından incidilməsi faktları var və bu cür halların qarşısı alınmalıdır.

Gununsesi.info