“Ölkədə iqtisadi fəallıq artırılmasa, bu qanuna elə bir ehtiyac da qalmayacaq” - ƏLİ MƏSİMLİDƏN ETİRAZ

  • By admin
  • 28 Aprel 2017 12:18

eli-mesimli

“Yenə də əvvəlki fikrimdə qalıram ki, belə bir sənədin qəbulu vacibdir, ən azından əhalinin aztəminatlı təbəqəsindən olan hissəsinin kreditə çıxışının asanlaşdırılması onun qəbulunun vacibliyini ortaya qoyur”.
Gununsesi.info-nun xəbərinə görə, bunu millət vəkili Əli Məsimli Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 28-də keçirilən iclasında “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
Millət vəkili eyni zamanda deyib ki, bu sənəd qəbul olunacağı halda,  onun gələcəkdə işləməsi ölkədə iqtisadi fəallığın artırılması lazımdır:
“İqtisadi fəallıq olmasa, bu qanuna elə bir ehtiyac da qalmayacaq. Bu baxımdan, ilk öncə ölkədə iqtisadi fəallığı artırmaq lazımdır”.
O, bildirib ki, qanun layihəsində həmçinin, bir sıra “ünvansız maddələr” var:
“Bu cür ünvansızlığın olması düzgün deyil”.
Qanun layihəsində “gün” məsələsinə toxunan millət vəkili burada dəqiqliyin, konkretliyin olmasını da vacib sayıb:
“Keçən dəfə bir söz deyirdiniz, indi isə başqa söz…”
Kamil HƏMZƏOĞLU
Gununsesi.info