Ölkəni etiraz dalğası bürüyüb - FOTO+VİDEO

  • By admin
  • 22 Sentyabr 2017 17:42

21

İspaniyanın şimal-şərqində yerləşən Kataloniyada oktyabrın 1-də planlaşdırılan müstəqillik referendumu İspan Konstitusiya Məhkəməsi tərəfindən qanunsuz elan edilərək rədd edilib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, nəticədə İspaniyanın şimal-şərqində yerləşən Kataloniyada yaşayan insanların İspan Konstitusiya Məhkəməsi qərarına qarşı etirazları ara vermir.
Belə ki, günorta saatlarında Kataloniyanın paytaxtı Barselona şəhərində xeyli sayda tələbə İspan Konstitusiya Məhkəməsinin ünvanına müxtəlif şuarlar səsləndirərək Barselona Universitetinə piyada yürüş edərək onu ələ keçiriblər.

Yürüş iştirakçıları Barselona Universitetinin binasına daxil olduqdan sonra, bir neçə gün öncə həbs olunan 14 siyasətçinin aza olunması tələb ediblər.

Anar

Gununsesi.info