Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

11 Dekabr 2017

05 Yanvar 2017 - 11:27

Oqtay Əsədov, Bəxtiyar Əliyev, Rifət Ağalarov…qonşu olacaqlar- (ÖZƏL) - YENİLƏNİB

oqtay

54 nəfər sabiq və indiki millət vəkilinin uzun illərdən bəri davam edən mənzil-ev növbəsi “həsrəti”nə son qoyulub.

Gununsesi.info-nun məlumatlı mənbəyə istinadən xəbərinə görə, sabiq və indiki deputatlar mənzillərinə “qovuşmaq” üçün nə az-nə çox, düz 13 il gözləməli olublar.

Paytaxtın “Ağ şəhər” deyilən ərazisinə yaxın yerdə (Gürcüstan, Belarus, Ukrayna, Qazaxıstan səfirliklərinin yaxınlığında) “KAT Ltd” tərəfindən tikintisinə 2003-cü ildən başlanan 2 bloklu 12 mərtəbəli göydələnin istifadəsi 2016-cı ilin dekabr ayının son günlərində baş tutub.

Məlumatlı mənbənin bildirdiyinə görə, binanın tikintisinin bu qədər uzun çəkməsi isə hazırda iflas həddində olan adıçəkilən tikinti şirkətinin məsuliyyətsizliyi və səhlənkarlığı üzündən olub.

“Bildiyiniz kimi, 2003-cü ildə mənzilə ehtiyacı olan 54 millət vəkilinə yaşayış binası tikilməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) yerləşdiyi ərazidə yer ayrılmışdı. Ancaq sonradan belə məsləhət bilindi ki, deputatlar üçün bina indi “Ağ şəhər” deyilən əraziyə yaxın yerdə tikilsin, həmin ərazidə isə FHN-nin binası tikilsin. O vaxtdan da bu yana əzablı günlər başlandı. Binanın tikintisi ilə məşğul olan “KAT Ltd” müxtəlif bəhanələrlə binanın tikintisini düz 13 il uzatdı və axır ki, ötən il son günlərində mənzillərin açarları indiki və sabiq deputatlara təqdim olundu”-deyə, daha sonra məlumatlı mənbə bildirib.

Qeyd edək ki, 54 sabiq və indiki deputatdan əslində cəmi 13-ü həmin binada yaşayacaq.

Çünki qalan 41 nəfər  zamanında həmin şirkət tərəfindən tikilən ayrı-ayrı binalarda mənzillə təmin olunduqları üçün indi onların adlarına olan mənzillər satışa çıxarılacaq.

13 nəfərə düşən mənzillərin həcmi isə hər biri ayrı-ayrılıqda 180-220 kvadratmetrdir və hər bir kvadratmetri də 152 dollardan hesablanıb. Yəni, keçmiş və indiki deputatlar mənzilləri üçün ümumilikdə 35-40 min dollar arası pul xərcləməli olublar.

Lakin şirkət indi qalan mənzilləri nə az-nə çox,  kvadratmetrini 1800 manatdan çatışa çıxarıb.

Onu da qeyd edək ki, yeni binada mənzil alanlar arasında spiker Oqtay Əsədov, Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, parlamentin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev, parlament Aparatının Komitə və komissiyalar ilə iş şöbəsinin müdir müavini, sabiq millət vəkili Rifət Ağalarov, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev və digər indiki və sabiq millət vəkilləri var.

bextiyar

rifet_agalarov

elimemmed

Ə.Nuriyev isə  öz növbəsində bu xəbəri təkzib edərək, bildirib ki,  həmin binadan mənzil almayıb: “Həmin məlumat düzgün deyil. Mən o binadan mənzil almamışam”.

H. Rəcəbli də adıçəkilən binadan mənzil alması barədə deyilənləri qətiyyətlə, təkzib edib.

P.P.S. Əldə etdiyimiz digər məlumata görə isə adıçəkilən binada adına mənzil olan eks deputatlar arasında mərhum spiker Murtuz Ələsgərov və baş prokurorun əmisi, parlamentin Regional məsələlər komitəsinin sabiq sədri, mərhum Zahid Qaralov da var.

Onlar da zamanında həmin binadan mənzil almaq üçün müraciət edənlər sırasında olublar.

Gununsesi.info





loading...