Oqtay Əsədovdan deputatlara sərt təpki - "İCLAS ZAMANI TELEFONDA QURDALANMAĞI YIĞIŞDIRIN!"

  • By admin
  • 01 Dekabr 2017 13:02

Milli Məclisin iclasında sədr Oqtay Əsədov bəzi deputatlara intizamsızlıqla əlaqədar xəbərdarlıq edib.

Gununsesi.info-nun verdiyi məlumata görə, gündəlikdəki məsələnin müzakirəsi zamanı O.Əsədov deputatların iclasların gedişində öz telefonları ilə məşğul olduğunu, hətta zənglər etdiyini bildirərərk bu hərəkətlərə son qoymağa çağırıb:

“Dəfələrlə istəmişəm bunu deyəm, amma özümü saxlamışam. Daha bəsdirin də! Telefonları gətirirsiniz iclasa, dinimirik. Heç olmasa, iclas zamanı zəngləri, telefonda qurdalanmağı yığışdırın! Diqqətiniz iclasda olsun!” 

Qeyd edək ki, artıq bir müddətdir Milli Məclisə smartfonların keçirilməsi qadağan edilib. 

Gununsesi.info