Oqtay Əsədovdan Fazil Mustafanın çıxışına cavab: "YAXIN ZAMANDA NƏTİCƏSİNİ GÖRƏCƏKSİNİZ"

  • By admin
  • 17 Noyabr 2017 12:18

“Həm cümhuriyyətin, həm də parlamentin yüz illiyinin qeyd olunması ilə bağlı işlərə start verilib”.

Gununsesi.info-nun verdiyi məlumata görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov deputat Fazil Mustafanın çıxışına cavab olaraq deyib.

F.Mustafa Azərbaycan prezidentinin Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması barədə sərəncamını xatırladaraq bildirib ki, cumhuriyyətin yaradıcı Məhəmməd Əmin Rəsulzadənin və cumhuriyyətin ayaqda qalmasına dəstək olan Nuri Paşanın xatirələrinin əbədiləşdirilməsi üçün addımlar atılmalıdır.

O deyib ki, Məhəmməd Əmin Rəsulzadə və Nuri paşanın abidəsinin qoyulması ilə əlaqədar həmkarı Qüdrət Həsənquliyevlə birlikdə Nazirlər Kabinetinə müraciət etsə də, cavab yoxdur: “Mən deputat həmkarım Qüdrət Həsənquliyevlə birgə baş nazir Artir Rasi-Zadəyə bu iki şəxsin abidəsinin qurulması ilə bağlı müraciət etdik. Bizə bir cavab deyən yoxdur. Rəsulzadənin evi Novxanıda uşaq bağçası kimi istifadə edilir. Biz sonda tədbirlərin keçirildiyini deyəcəyik, amma  yenə bu şəxsiyyətlərlə bağlı heç nə etmədiyimiz bəlli olacaq”.

Sədr Oqtay Əsədov isə cavab olaraq bəyan edib ki, Milli Məclisprezidentin sərəncamından dərhal sonra lazımi işlərə başlayıb: “Həm cümhuriyyətin, həm də parlamentin yüz illiyi ilə bağlı işlərə start verilib. İşlər gedir. Yaxın zamanda nəticəsini görəcəksiniz”. 

Mürtəza

Gununsesi.info