Orta aylıq əməkhaqqı artıb

  • By admin
  • 11 Yanvar 2018 10:58

2017-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,2% artaraq 525 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də, tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

2017-ci il dekabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1521,2 min nəfər olub, onlardan 881,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 640,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 21,8%-i təhsil, 19,1 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 13,0%-i sənaye, 8,6%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 6,6%-i tikinti, 4,7%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 10,9%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Gununsesi.info