Orta aylıq pensiya 8 faiz artırılaraq 203 manata çatıdırılacaq - HADİ RƏCƏBLİ

  • By admin
  • 08 Dekabr 2016 12:45
hadi
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcədən asılılığının aradan qaldırılması  bundan  sonrakı illərdə də davam edəcək.
 Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin(MM) Əmək və sosoial siyasət komitəsinin sədri Hadi Rəcəbli parlamentdə DSMF-nin 2017-ci il büdcəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə,  artıq Fondun büdcədən asılılığı ilbəil azalmaqdadır və bu proses davam edəcək:
“Əgər 2012-ci ildə büdcədən transfert 42% idisə, gələn il 37,4% -ə düşüb. Artıq pensiyalarla bağlı hüquqi bazanın dünya təcrübəsinə uyğun olaraq hazırlanması prosesi gedir”.
Komitə sədri  deyib ki, DSMF-nin  2017-ci ildə gəlirləri 3,4 mlrd. manat təşkil edəcək:
“Bu da 2016-ci illə müqayisədə 100 mln. manat çoxdur. Artım əsasən dövlət sosial sığorta haqlarının artımı hesabına nəzərdə tutulub”.
H. Rəcəbli deyib ki, xərclərin 95%-ni əmək pensiyalarının ödənişi təşkil edəcək:
“Bu da2016-ci illə müqayisədə 7,7% çoxdur. Ölkədə gözlənilən orta yaş həddinin artması ilə pensiyaçıların sayının 1 mln. 320 min nəfər olacağı gözlənilir. Buna baxmayaraq, orta aylıq pensiya 8% artırılaraq 203 manata çatıdırılacaq”.
Mürtəza 
Gununsesi.info