“Orta və yaxın mənzilli raketlərin ləğvi üzrə müqavilədən çıxmaq niyyətində deyilik” - PUTİN

  • By admin
  • 14 Dekabr 2017 14:18

“ABŞ Orta və yaxın mənzilli raketlərin ləğvi üzrə müqavilədən çıxmaq üçün informasiya-təbliğat işi aparır”.

Gununsesi.info apa-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir PutinMoskvada keçirdiyi ənənəvi illik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Biz, Orta və yaxın mənzilli raketlərin ləğvi üzrə müqavilə ilə bağlı problemlər barədə söhbətləri eşidirik. Güman ki, şərtlər yaradılır və ABŞ Orta və yaxın mənzilli raketlərin ləğvi üzrə müqavilədən mümkün çıxışı üçün informasiya-təbliğat işi aparılır”, – deyə o vurğulayıb.

Bununla belə, Putin Rusiyanın analoji addım atmaq niyyətində olmadığını qeyd edib.

Gununsesi.info