Özbəkistan prezidenti Azərbaycana gələcək

  • By admin
  • 20 Fevral 2018 17:12

Özbəkistan Prezidenti Şavkat Mirziyayev Azərbaycana rəsmi səfər edə bilər.

Gununsesi.info-nun məlumatına görə, bunu Özbəkistan-Azərbaycan biznes forumu zamanı Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev deyib.

Səfir qeyd edib ki, səfərin dəqiq tarixi məlum olmasa da, səfər may ayının sonunda gözlənilir.

O əlavə edib ki, səfər zamanı neft-qaz, kənd təsərrüfatı, sənaye, qida sənayesi, tikinti materialları sənayesi kimi sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq. Eləcə də iki ölkə arasında birbaşa aviareyslərin tezliyinin artırılması məsələsi həll oluna bilər.

Gununsesi.info