Pakistanda iki partlayış törədilib, 1 nəfər ölüb, 10 nəfər yaralanıb

  • By admin
  • 25 Oktyabr 2016 21:57

p

 

Çərşənbə axşamı Pakistanda törədilən iki partlayış nəticəsində ən azı 1 nəfər ölüb, 10 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Məlumata görə, ilk partlayıcı qurğu Peşəvər, digəri isə Bacaur şəhərində baş verib. Nəticədə 1 polis əməkdaşı ölüb, altısı yaralanıb, həmçinin dörd mülki şəxs xəsarət alıb.

 

Gununsesi.info