“Park Bulvar”da qadının ayaqları ekskalatorda qaldı - VİDEO

  • By admin
  • 17 Avqust 2017 17:30

59958dcbec044_l10400321

Bu gün “Park Bulvar”da qorxunc və həyəcanlı anlar yaşanıb.

Gununsesi.info xəbər verir ki, ərəb turist xanımın ayağı ehtiyatsızlıqdan ekskalatorun arasında ilişib. Xanımı xilas etmək üçün hadisə yerinə polislər cəlb olunub .

Polislərin səyi nəticəsində xanımın ayağı ekskalatordan azad edilib. Qadın əlil arabasında hadisə yerindən birbaşa xəstəxanaya aparılıb.

Həmin görüntüləri sizə təqdim edirik.

Gununsesi.info