Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

21 Fevral 2018

07 Fevral 2018 - 13:05

Parlamentdə qalmaqal- HADİ RƏCƏBLİ İLƏ QHT SƏDRİ DALAŞDI

“20 Yanvar” Cəmiyyətinin sədri Sultan Əzimzadə ilə Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli arasında qalmaqal yaşanıb.

Gununsesi.info-nun  xəbərinə görə, belə ki, MM-in Əmək və sosial siyasət komitəsinin fevralın 7-də keçirilən iclasına dəvət edilən S. Əzimzadə H. Rəcəblini ona çıxış etməyə imkan verməməkdə  ittiham edib.

Buna cavabında isə H. Rəcəbli kimsəyə ayrıseçkilik qoyulmadığını bildirib və əlavə edib ki, əgər sözü, təklifi varsa çıxış etsin, ya da onları yazılı təqdim etsin.

Bununla qane olmayan S. Əzimzadə sonra müvafiq qanunlarda 20 Yanvar hadisələrində yaralananların, əlil olanların “zədə almışlar” kimi ehtiva olunmasını komitə sədrinə irad tutub.

Komitə sədri  bununla razılaşmayıb və qeyd edib ki, ambisiyalarla çıxış etmək olmaz:

“Bu məsələdə də hər şey ölçülüb-biçilməlidir”.

Gununsesi.info