Parlamentin komitə sədrindən orqan transplantasiyası AÇIQLAMASI

  • By admin
  • 14 Sentyabr 2017 18:10
ehliman
“Milli Məclisin Səhiyyə Komitəsinə daxil olan müraciətlər arasında xaricdə müalicə ilə bağlı olanlar üstünlük təşkil edir”.
Gununsesi.info xəbər verir ki, bunu komitənin sədri Əhliman Əmiraslanov bu gün keçirilən iclasda deyib.
Onun sözlərinə görə, müalicə üçün edilən müraciətlər əksər hallarda əsassız olur: “Çünki ölkədə səhiyyənin maddi-texniki bazası o qədər inkişaf edib ki, Azərbaycanda müalicəsi mümkün olmayan xəstəlik, patologiya yoxdur. Amma ödənişlə bağlı problemlərlə rastlaşırıq və çalışırq ki, onu həll edək. Lakin təəssüf ki, bu gün hələ də orqan transplantasiyası kifayət qədər geniş həyata keçirilmir. Azərbaycanda donor məsələsi bir daha müzakirə edilməli və qanuna yenidən baxılmalıdır. Azərbaycanda donorluq demək olar ki, “yox” dərəcəsindədir”.
Ə.Əmiraslanov qeyd edib ki, Azərbaycana gözün buynuz qişasının ölkəyə gətirilməsi ilə bağlı problemlər vardıi: “Gözün buynuz qışası “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı”na daxil edilib. Gələcəkdə bu transplantlar ölkəmizdən ola bilər. Gözün buynuz qişasının bankını yaratmaq və göz qişasını meyitlərdən götürmək mümkündür”.
Komitə sədri həmçinin, parlamentin payız sessiyası dövründə iki qanun layihəsinin plenar iclasın gündəliyinə salınacağını diqqətə çatdırıb. O qeyd edib ki, “Psixoloji yardım haqqında” və “Reproduktiv sağlamlıq haqqında” qanun layihələri hazırdır: “Eyni zamanda, “Tibbi optika haqqında” qanun layihəsinin hazırlanması nəzərdə tutulur. “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi tam hazırdır və müəyyən iradların nəzərə alınaraq müəyyən dəyişikliklər edilib. Hətta dinləmələr də keçirilməsi mümkündür. Hesab edirəm ki, qanun layihəsini yaxın vaxtlarda Milli Məclisin plenar iclasına çıxarmaq mümkün olar”.

Gununsesi.info