Partiya lideri güllələndi - TƏHLÜKƏSİZLİK ŞURASININ İCLASI ÇAĞIRILIB

  • By admin
  • 16 Yanvar 2018 16:44

Kosovonın şimalındakı Mitrovitsa şəhərində yerli serblərin liderlərindən olan Oliver İvnoviç güllələnib.

Gununsesi.info-nun apa-ya istinadən verdiyi məlumata görə, naməlum şəxslər ona sədri olduğu Vətəndaşların Təşəbbüsü Partiyasının ofisi qarşısında atəş açıblar. O.İvanoviç xəstəxanada ölüb. Kosovo polisi hadisəni təsdiqləyib.

Hadisə ilə əlaqədar Aİ-nin təşəbbüsü ilə Serbiya və Kosovo arasında keçirilməsi planlaşdırılan danışıqlar dayandırılıb. Danışıqlar ötən ilin martından bu yana ilk dəfə keçirilməli idi. Siyasətçinin güllələnməsi xəbərindən sonra Serbiya nümayəndə heyəti geri qayıdıb.

Kosovo prezidenti Haşim Thaçi serb siyasətçinin qətlini pisləyib. Baş nazir Ramuş Haradinay isə ölkəsinin danışıqları davam etdirməyə sadiq olduğunu bildirib.

Serbiya Dövlət Televiziyasının məlumatına əsasən prezident Aleksandr Vuçiç hadisə ilə bağlı Təhlükəsizlik Şurasının iclasını çağırıb.

Gununsesi.info