Paytaxtda terror planlaşdıran İŞİD-çilər ZƏRƏRSİZLƏŞDİRİLİB

  • By admin
  • 12 Dekabr 2017 13:16

Yeni il bayramı günlərində Mərkəzi Asiyadan olan, Moskvada terror hadisəsi törətməyi planlaşdıran üç nəfərdən ibarət İŞİD terror təşkilatının üzvləri Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşlarının həyata keçirdiyi əmliyyat zamanı saxlanılıb.

Gununsesi.info “rian.ru”ya istinadən xəbər verir ki, zərərsizləşdirilən terrorçulardan bomba və avtomat götürülüb.

FTX-nın yaydığı məlumatda deyilir ki, saxlanılan şəxslər Yeni il bayramı günlərində kamikadze terrorçunun dəstəyi ilə Moskvada terror aktı keçirməyi planlaşdırıblar.

FTX-dan o da bildirilib ki, saxlanılan şəxslərin xaricdən idarə olunduğu bəlli olub. Saxlanılan şəxslərlə bağlı cinayət işi açılıb.

Gununsesi.info