Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

17 Yanvar 2018

12 Yanvar 2018 - 15:30

Pensiyalar gələn həftə veriləcək- NAZİRLİKDƏN AÇIQLAMA

Xəbər verdiyimiz kimi, pensiyaların maliyyələşdirilməsinə hər ayın 11-dən başlansa da, bu ay gecikmə müşahidə olunur. 

Gununsesi.info xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev oxu.az-a açıqlamasında  Azərbaycanda əmək pensiyalarının etibarlı maliyyə təminatı sisteminin əmək pensiyalarının müvafiq qrafik əsasında maliyyələşdirilməsi işlərinin 2018-ci ildə də normal qaydada davam etdirilməsinə imkan verəcəyini bildirib.

O deyib ki, artıq növbəti həftədən respublikada yanvar ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsinə başlanacaq:

“Yanvar ayının ilk günləri bayram günlərinə təsadüf etdiyindən pensiyaların Bakı şəhəri üzrə hesablara köçürülməsi bir neçə gün sonraya, yəni ayın 16-na təsadüf edəcək. Sonrakı mərhələdə maliyyələşdirmə, ötən aylarda olduğu kimi, qrafikə uyğun şəkildə, yəni rayon və şəhərlər üzrə mərhələli şəkildə aparılacaq. Belə ki, məcburi köçkün rayonları, respublika tabeli şəhərlər, digər rayonlar, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə pensiyaların maliyyələşdirilməsi həyata keçiriləcək və ümumilikdə ay ərzində pensiyaların ödənişi tam başa çatdırılacaq”.

Gununsesi.info