XƏBƏR LENTİ

20 Fevral 2018

18 Yanvar 2018 - 09:25

Pentaqon ABŞ-ın Suriyadakı mövqeyi ilə bağlı açıqlama verib

ABŞ Suriya ərazisində yerli dəstələrin təlimini davam etdirir, lakin söhbət yeni ordu və yaxud sərhəd qüvvələrinin qurulmasından getmir.

Gununsesi.info xəbər verir ki, bu barədə Pentaqonun yaydığı açıqlamada bildirilir.

“İŞİD qruplaşmasının məhvinə yönələn hərbi əməliyyat hələ ki, başa çatmayıb. Yerli qüvvələr terrorçulardan təmizlənən ərazilərdə vəziyyətin sabitləşməsini təmin etməlidir. Pentaqon Suriyadakı hərəkətləri barədə Türkiyəni məlumatlandırmaqda davam edəcək”, sənəddə deyilir.

Açıqlamada həmçinin bildirilir ki, Ankaranın Suriya-Türkiyə sərhədindəki vəziyyətlə əlaqədar narahatlığı başa düşüləndi: “ABŞ terrorla mübarizədə NATO üzrə müttəfiqini daim dəstəkləyəcək”.

Gununsesi.info